Ucnoqta.az
www.ucnoqta.az

Dünyanın ən uzun yüksək sürətli avtomobil yolu tuneli açıldı

10:33 - 26 Dekabr 2025 tarixində dərc olunub.

Çin hakimiyyəti ölkənin şimal-qərbində 22 kilometrdən çox uzunluğunda avtomobil yolu tuneli olan Tianşan Şenqli Tunelini rəsmi olaraq açıb.

Ucnoqta.az bildirir ki, bu barədə Sinxua xəbər agentliyi məlumat verib.

Məlumata görə, bu, dünyanın ən uzun yüksək sürətli avtomobil yolu tunelidir.

Sincan Uyğur Muxtar Bölgəsində yerləşən bu tunel dağlıq ərazidə səyahət müddətini bir neçə saatdan 20 dəqiqəyə qədər azaldır.

Tunelin maksimal dərinliyinin 1,1 km olduğu bildirilir. Yüksək seysmik aktivlik və ekstremal hava şəraiti olan bölgədə yerləşən 16 qırılma zonasından keçir.

Müəllif: Ucnoqta.az redaksiyası