Niger ABŞ vətəndaşları üçün vizaları qadağan etmək qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Niger Press Agentliyi (NPA) diplomatik mənbəyə istinadən məlumat yayıb.
Agentliyin mənbəyinə görə, Niger bu həftə bütün ABŞ vətəndaşlarına viza verilməsini tamamilə və qəti şəkildə dayandırıb və həmin ölkənin vətəndaşlarının ərazisinə girişini birdəfəlik qadağan edib.
Qərar qarşılıqlı siyasətə əsaslanır və ABŞ-ın Nigeri vətəndaşlarının artıq viza almaq hüququ olmayan ölkə kimi təsnif etmək qərarından sonra qəbul edilib.