Ucnoqta.az
www.ucnoqta.az

Gələn il Günəş və Ay tutulmalarının tarixləri açıqlanıb

11:20 - 25 Dekabr 2025 tarixində dərc olunub.

2026-cı ildə Günəş və Ay tutulmalarının tarixləri açıqlanıb.

Bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, 2026-cı ildə iki Günəş və iki Ay tutulması müşahidə olunacaq.

“İlin ilk tutulması 17 fevralda baş verəcək. Bu, halqalı Günəş tutulması olacaq. Növbəti tutulma 3 mart tarixində qeydə alınacaq. Həmin gün tam Ay tutulması müşahidə olunacaq. 12 avqustda isə tam Günəş tutulması baş verəcək. İlin son tutulması 28 avqust tarixində olacaq. Bu, qismən Ay tutulması kimi müşahidə ediləcək”, - məlumatda qeyd olunub.

Müəllif: Ucnoqta.az redaksiyası