Ucnoqta.az
www.ucnoqta.az

Şəhidlər xiyabanında nalayiq hərəkətlər edən əcnəbilərə hökm oxundu

16:23 - 24 Dekabr 2025 tarixində dərc olunub.

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Ucnoqta.az xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Alzaman Mahdi Ali 2 il, Alghabr Mohammad Hussain 2 il, Alghabr Mahdi Mohammad 2 il müddətə azadlıqdan məhrum edilib. Onlar cəzalarını ümumi rejmli cəzaçəkmə müəssisəində çəkəcəklər.

Təqsirləndirilən şəxslər cəzalarını çəkdikdən sonra ölkə ərazisindən məcburi şəkildə çıxarılacaq.

Qeyd edək ki, prokuror hər üç təqsirləndirilənin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.///apa

Müəllif: Ucnoqta.az redaksiyası