Ucnoqta.az
www.ucnoqta.az

Vuçiç İlham Əliyevi təbrik etdi

13:28 - 24 Dekabr 2025 tarixində dərc olunub.

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Aleksandar Vuçiç dövlətimizin başçısını ad günü münasibətilə təbrik edərək, ona prezidentlik fəaliyyətində yeni uğurlar və cansağlığı arzulayıb.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.

Telefon söhbəti zamanı Prezident İlham Əliyevlə Prezident Aleksandar Vuçiçin görüşləri məmnunluqla xatırlanıb, iki ölkə arasında tərəfdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Dövlət başçıları ikitərəfli əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Müəllif: Ucnoqta.az redaksiyası