Ucnoqta.az
www.ucnoqta.az

ABŞ İranın nüvə proqramı ilə bağlı danışıqlara hazır olduğunu bildirib

22:17 - 23 Dekabr 2025 tarixində dərc olunub.

İslam Respublikası birbaşa dialoqa hazır olduğu təqdirdə, ABŞ Tehranın nüvə proqramı ilə bağlı İranla rəsmi danışıqlar aparmağa hazırdır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yaxın Şərq üzrə xüsusi elçinin müavini Morqan Ortaqus bildirib.

O, BMT Təhlükəsizlik Şurasının İranın nüvə proqramı ilə bağlı iclasında çıxışı zamanı bildirib ki, ABŞ rəsmi danışıqlar aparmağa hazırdır, lakin bu, yalnız Tehranın birbaşa və mənalı dialoqa açıq olması şərtilə mümkündür.

Ortaqus həmçinin qeyd edib ki, ABŞ açıq danışıqlar aparmaq niyyətində deyil və Vaşinqton Tehranın uran zənginləşdirilməsinin qəbuledilməzliyi ilə bağlı mövqeyini qoruyub saxlayır.

Müəllif: Ucnoqta.az redaksiyası