Yəmən hökuməti və üsyançı Ənsar Allah (Husilər) hərəkatının nümayəndələri 2900 əsir mübadiləsi barədə razılığa gəliblər.
Ucnoqta.az xəbər verir ki, Əl-Hədət TV bu barədə mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Yəmən hökuməti ilə husilər arasında əsir mübadiləsi barədə razılaşma BMT və Omanın vasitəçiliyi ilə Məskatda əldə edilib.
Qeyd olunur ki, razılaşma Yəmən hökuməti tərəfindən 1700 husi tərəfdarının azad edilməsini nəzərdə tutur. Öz növbəsində husilər hökumətə 1200 nəfəri təhvil verəcəklər.