Ucnoqta.az
www.ucnoqta.az

Atasının mükafatı ilə oğlunu təltif etdi

12:22 - 23 Dekabr 2025 tarixində dərc olunub.

Çeçenistan Respublikasının (ÇR) rəhbəri Ramzan Kadırovun oğlu Əhməd daha bir mükafat alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə onun "Telegram"da dərc etdiyi mesajda bildirilib.

Kadırov kiçik Kadırova "ÇR-ın ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə" medalını təqdim edib.
Əhməd Kadırov mükafatın onun üçün xüsusilə əhəmiyyətli olduğunu bildirib və Ramzan Kadırova dəstəyinə görə təşəkkür edib.

Qeyd edək ki, Əhməd Kadırov Çeçenistan Respublikasının Bədən Tərbiyəsi və İdman naziri vəzifəsində çalışır.

Müəllif: Ucnoqta.az redaksiyası