Ucnoqta.az
www.ucnoqta.az

Vüqar Qurbanov Vəfa Hüseynzadəni yüksək vəzifəyə təyin etdi

12:02 - 23 Dekabr 2025 tarixində dərc olunub.

Vəfa Oruc qızı Hüseynzadə Nizami Tibb Mərkəzinə direktor təyin edilib.

Ucnoqta.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, o, 2003-cü ildən ETMG İnstitutunda elmi işçi, böyük elmi işçi, həkim mama-ginekoloq kimi fəaliyyət göstərib.

 2021-ci ildə ETMG institutunda Zahılıq şöbəsinin müdiri təyin edilib.

 2022-ci ildə Kliniki Tibbi Mərkəz PHŞ-də 5 nömrəli Doğum Evinin baş həkimi olub, 2023-2025-ci illərdə Nizami Tibb Mərkəzinin Doğum Evinin direktor müavini, Doğum Evinin rəhbəri vəzifəsində işləyib.

Müəllif: Ucnoqta.az redaksiyası