Kamboca ilə Tayland sərhədindəki münaqişədə ölənlərin sayı 21-ə çatıb, daha 83 nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Khmer Times" qəzeti Kamboca hökumətinin məlumatlarına istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, son həftələrdə baş verən atəş və bombardmanlar nəticəsində 21 nəfər ölüb.
Həmçinin, döyüşlərdə 83 kambocalının yaralandığı və sərhəd əyalətlərində 544.700-dən çox mülki şəxsin evlərini tərk etmək məcburiyyətində qaldığı bildirilib.