ABŞ Prezidenti Donald Tramp ABŞ administrasiyasına ölkənin 6G şəbəkələrinin inkişafında liderliyini təmin etmək üçün bir sıra tədbirlər qəbul etməyi tapşıran memorandum imzalayıb.
Ucnoqqta.az xəbər verir ki, müvafiq sənəd Ağ Evin saytında dərc edilib.
Memoranduma əsasən, ABŞ federal hökumət qurumları rabitə sistemlərini 7.125-7.4 GHz diapazonundan köçürməli və 6G provayderləri tərəfindən tam kommersiya istifadəsi üçün onları boşaltmalıdırlar.
Agentliklər bu keçid üçün planlarını 12 ay ərzində təqdim etməlidirlər. Sənəddə həmçinin kommersiya məqsədli 6G istifadəsi üçün daha çox tezlik boşaltmaq üçün 2.69-2.9 GHz və 4.4-4.94 GHz diapazonlarının öyrənilməsi tələb olunur.
Memorandumda qeyd olunur ki, spektrin yenidən bölüşdürülməsi ABŞ şirkətlərinə və onların tərəfdaşlarına 6G şəbəkələrinin inkişafını planlaşdırarkən hansı tezliklərin onlar üçün əlçatan olacağını anlamağa imkan verəcək.
Bundan əlavə, ABŞ Dövlət Katibinə və administrasiyanın digər üzvlərinə "diplomatik əlaqələr vasitəsilə Amerikanın 6G üzrə liderliyini təşviq etmək" tapşırılıb.