Ucnoqta.az
www.ucnoqta.az

Parlament LGBT təbliğatını qadağan edən qanunu qəbul etdi

13:06 - 18 Dekabr 2025 tarixində dərc olunub.

Qazaxıstan parlamentinin Senatı (yuxarı palatası) uşaqları bu cür məzmundan qorumaq məqsədi ilə LGBT təbliğatını və pedofiliyanı qadağan edən qanunu ikinci və son oxunuşda təsdiqlədi.

Ucnoqta.az TASS-a istinadla xəbər verir ki, qanun iki oxunuşda nəzərdən keçirildi və plenar iclasda qəbul edilib.

Qadağa müddəaları "Qazaxıstan Respublikasının arxiv məsələləri və qanunsuz məzmunun yayılmasının məhdudlaşdırılması ilə bağlı bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" qanunun bir hissəsidir.

Qanun, vətəndaşların bir il yarım əvvəl LGBT təbliğatının qadağan edilməsi tələbi ilə petisiya qaldırmasından sonra qəbul edilib.

Müəllif: Ucnoqta.az redaksiyası