Ucnoqta.az
www.ucnoqta.az

Kamboca Tailandın təcavüzünü pislədi

09:13 - 16 Dekabr 2025 tarixində dərc olunub.

Kamboca Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi Tailandın silahlı təcavüzünü, o cümlədən ortaq sərhəd boyunca bir neçə əyalətə hava hücumları üçün döyüş təyyarələrindən istifadəni qətiyyətlə pislədiyini bildirib.

Nazirlik vurğulayıb ki, bu, Kambocanın suverenliyini və BMT Nizamnaməsini pozur.

Ucnoqta.az xəbər verir ki, "Khmer Times" qəzeti qeyd edir ki, nazirlik açıqlamasında bildirib ki, "bu cür hərəkətlər Kambocanın suverenliyinin və ərazi bütövlüyünün pozulması, BMT Nizamnaməsinin pozulması və həm ASEAN Nizamnaməsinə, həm də ASEAN icmasının ruhuna hörmətsizlikdir".

Kamboca Xarici İşlər Nazirliyi bəyan edib ki, Tailandın Kamboca ərazisində F-16 qırıcı təyyarələrindən istifadə etməsi açıq-aşkar qeyri-mütənasib və əsassız güc tətbiqidir.

Müəllif: Ucnoqta.az redaksiyası