Ucnoqta.az
www.ucnoqta.az

Finlandiya ABŞ-dan F-35 təyyarələri üçün orta mənzilli raketlər alacaq

16:01 - 12 Dekabr 2025 tarixində dərc olunub.

Finlandiya ABŞ-dan F-35 çoxməqsədli qırıcı təyyarələri üçün AMRAAM (Qabaqcıl Orta Mənzilli Hava-Hava Raketi) orta mənzilli hava-hava raketləri alacaq.

Ucnoqta.az bildirir ki, Finlandiya Müdafiə Nazirliyi bu barədə məlumat verib.

"Finlandiya Müdafiə naziri Antti Häkkänen Finlandiya Silahlı Qüvvələrinə AIM-120 AMRAAM orta mənzilli hava-hava raketləri almağa icazə verib. Raketlər F-35A çoxməqsədli döyüş təyyarələri ilə uyğun olacaq", - deyə açıqlamada bildirilir.

Müəllif: Ucnoqta.az redaksiyası