Ucnoqta.az
www.ucnoqta.az

DTX-nin əməkdaşları Fəxri xiyabanda

14:19 - 12 Dekabr 2025 tarixində dərc olunub.

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib.

DTX-nin Mətbuat xidmətindən verilən məlumata görə, Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarları üzərinə gül dəstələri qoyulub.

Müəllif: Ucnoqta.az redaksiyası