Ucnoqta.az
www.ucnoqta.az

Hikmət Hacıyev Mixail Qaluzinlə görüşdü

18:31 - 10 Dekabr 2025 tarixində dərc olunub.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycana gəlib.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında Mixail Qaluzinlə görüşdüyünü bildirib.

Görüş zamanı ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif: Ucnoqta.az redaksiyası