Ucnoqta.az
www.ucnoqta.az

Tailand hərbçiləri arasında ölənlərin sayı artıb

11:13 - 9 Dekabr 2025 tarixində dərc olunub.

Kamboca sərhədində baş verən toqquşmalarda Tayland hərbçiləri arasında ölənlərin sayı üçə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Thai PBS telekanalı Tayland Kral Ordusuna istinadən məlumat yayıb. Daha əvvəl bir ölüm hadisəsi barədə məlumat verilmişdi.

Tayland hərbçilərinin itkiləri 8-9 dekabr tarixləri arasında baş verib. Kamboca sərhədindəki Tailand Birgə Mətbuat Mərkəzinin məlumatına görə, münaqişədə 29 Tailand hərbçisi yaralanıb.

Müəllif: Ucnoqta.az redaksiyası