Ucnoqta.az
www.ucnoqta.az

Tramp Administrasiyası AUKUS alyansını gücləndirir - Rubio

20:27 - 8 Dekabr 2025 tarixində dərc olunub.

Vaşinqton administrasiyası üçtərəfli AUKUS hərbi alyansını (Avstraliya, Birləşmiş Krallıq və ABŞ) daha da gücləndirməkdə qərarlıdır.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibi Marko Rubio bildirib.

Rubio xatırladıb ki, ABŞ Müdafiə Nazirliyi Vaşinqtonun alyansdakı iştirakının qiymətləndirilməsini başa çatdırıb.

"Biz Amerika, Avstraliya və Birləşmiş Krallığın maraqlarına xidmət edən AUKUS-u gücləndiririk", - Heqset qeyd edib.

AUKUS üçtərəfli paktı 2021-ci ildə keçmiş ABŞ Prezidenti Co Baydenin dövründə bağlanıb.

Müəllif: Ucnoqta.az redaksiyası