Ucnoqta.az
www.ucnoqta.az

İsrail sonuncu girovun cəsədinin qaytarılmasını müzakirə edib

00:50 - 5 Dekabr 2025 tarixində dərc olunub.

İsrail Baş naziri Binyamin Netanyahu Qəzza zolağından qalan sonuncu İsrail girovunun cəsədinin qaytarılması ilə bağlı danışıqlar aparmaq üçün Qahirəyə nümayəndə heyəti göndərib.

Ucnoqta.az xəbər verir ki, bunu Baş Nazirin Ofisi açıqlayıb.

Nümayəndə heyətinə əsirlər və itkin düşmüş şəxslər üzrə koordinator, təqaüdçü briqada generalı Qal Hirş rəhbərlik edib.

Nümayəndə heyətinə İsrail ordusunun, Baş Təhlükəsizlik Xidmətinin və Mossad kəşfiyyat agentliyinin nümayəndələri daxildir

Müəllif: Ucnoqta.az redaksiyası