"Maraqlıdır ki, MİDA ötən gün keçirilən güzəştli mənzillərin onlayn satışı ilə bağlı indiyədək heç bir rəsmi açıqlama verməyib. Saytında və sosial resurslarında bu haqda heç bir rəsmi açıqlama yerləşdirilməyib".
Bunu İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, ilk dəfədir ki, belə hal müşahidə olunur:
"Əvvəllər MİDA satış keçirilən gün ilkin məlumatları açıqlayırdı. Çoxsaylı istifadəçilər ötən gün keçirilən satış prosesində xeyli çatışmazlıqların, xüsusən də texniki problemlərin, satış başlayan an sistemin ani olaraq çökməsinin, sistemdə onlayn satış prosesini icra etməyin mümkün olmadığını bildiriliblər.
Əvvəlki satışlarda adətən sistemdə prosesi icra etdikdən sonra mənzillərin əldə edilməsinin mümkün olmadığı bildirilirdisə, bu dəfə ümumiyyətlə seçim prosesini icra etməyin mümkün olmadığı bildirilib. Ümid edirəm MİDA və aidiyyəti qurumlar baş verənlərə aydınlıq gətirəcəklər".///unikal