Ucnoqta.az
www.ucnoqta.az

ABŞ təhdidlərinə görə hər yerdə qoşunlar yerləşdirilib - Maduro

00:19 - 4 Dekabr 2025 tarixində dərc olunub.

Venesuelanın silahlı qüvvələri ABŞ administrasiyasının təhdidləri səbəbindən ölkə daxilində yerləşdirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Prezident Nikolas Maduronun ölkənin Silahlı Qüvvələrinin Strateji Əməliyyatlar Komandanlığı tərəfindən yayılan bəyanatında bildirilib.

Dövlət başçısı videoda bildirib ki, 22 həftəlik hərbi, xalq və polis təlimləri Venesuelanı indiyə qədər əldə etdiyimiz ən yüksək hərtərəfli müdafiə qabiliyyəti səviyyəsinə çatdırıb, bizi torpağımızı, suverenliyimizi, ləyaqətimizi qorumağa və gələcək nəsillər üçün azad və suveren vətəni təmin etməyə hazırlayıb.

Müəllif: Ucnoqta.az redaksiyası