Ucnoqta.az
www.ucnoqta.az

Bakıda bu küçədə yenilik edildi

19:04 - 3 Dekabr 2025 tarixində dərc olunub.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürmələrini təmin etmək məqsədilə xüsusi yerlərin yaradılması davam etdirilir.

Ucnoqta.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Növbəti belə yer Səbail rayonunun Zərifə Əliyeva küçəsi, giriş 57 ünvanında təşkil edilib və müvafiq lövhə yerləşdirilib.

Məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.

Qeyd edilən yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir.

Müəllif: Ucnoqta.az redaksiyası