Ucnoqta.az
www.ucnoqta.az

Kəmaləddin Heydərov təltif edildi

13:36 - 3 Dekabr 2025 tarixində dərc olunub.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov "Beynəlxalq əməkdaşlığa verdiyi töhfəyə görə" medalı ilə təltif edilib.

Ucnoqta.az Publika.az-a istinadən xəbər verir ki, mükafat Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti, daxili xidmət general-polkovniki Aleksandr Çupriyan tərəfindən təqdim olunub.

Qeyd edək ki, medal dekabrın 3-də Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI beynəlxalq konfransında təqdim olunub.

Müəllif: Ucnoqta.az redaksiyası