Ucnoqta.az
www.ucnoqta.az

"Qarabağ" Koxalskiyə bu məbləği təyin edib

09:48 - 3 Dekabr 2025 tarixində dərc olunub.

"Qarabağ" bir çox klubun diqqət mərkəzində olan Mateuş Koxalskinin dəyərini müəyyənləşdirib.

Ucnoqta.az xəbər verir ki, Ağdam təmsilçisi polyak qolkiper üçün 7 milyon avro tələb edəcək.

Bu barədə Polşanın "Sklad" portalı məlumat yayıb.

Xəbərdə qeyd edilib ki, bu məbləğ məqbul olsa da, onun daha əvvəl böyük çempionatda oynamamağı risk ehtimalını da özü ilə birlikdə gətirir.

Koxalski ilə Dortmund "Borussiya"sı və "Napoli" maraqlanır.

O, 2024-cü ilin yayında "Qarabağ"a qoşulub. 25 yaşlı qapıçı cari mövsüm 15 oyunda "köhlən atlar"ın qapısını qoruyub və bu görüşlərin 5-də qapısını toxunulmaz saxlamağı bacarıb.///Offsideplus.az

Müəllif: Ucnoqta.az redaksiyası