Ucnoqta.az
www.ucnoqta.az

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq

13:46 - 2 Dekabr 2025 tarixində dərc olunub.

Dekabrın 2-si axşamdan 3-ü gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu barədə Ucnoqta.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında, Naftalan, Goranboy, Xızı, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Neftçala, Qobustanda qısamüddətli qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Müəllif: Ucnoqta.az redaksiyası