Ucnoqta.az
www.ucnoqta.az

ABŞ Ukrayna danışıqlarının nəticəsi barədə AB-ni məlumatlandırmayıb - Kallas

12:28 - 1 Dekabr 2025 tarixində dərc olunub.

ABŞ Floridada Ukraynadakı münaqişənin həlli ilə bağlı Ukrayna-Amerika danışıqlarının nəticəsi barədə AB-ni məlumatlandırmayıb.

Ucnoqta.az xəbər verir ki, Avropa Birliyinin Ali Nümayəndəsi Kaja Kallas AB müdafiə nazirlərinin görüşündə bildirib.

"Bu, danışıqlar üçün həlledici həftə ola bilər. Danışıqların çətin, lakin məhsuldar olduğunu eşitdik. Hələ nəticəni bilmirik. Bu gün Ukrayna müdafiə və xarici işlər nazirləri ilə danışacağam", - Kallas qeyd edib.

Müəllif: Ucnoqta.az redaksiyası