Ucnoqta.az
www.ucnoqta.az

Kəlbəcərdə açıq ərazidə yanğın olub

10:38 - 1 Dekabr 2025 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefom xəttinə Kəlbəcər rayonu, Qalaboynu kəndi istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, havanaın küləkli olması və relyefin mürəkkəbliyi yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də, hazırda yanğının söndürülməsi əməliyyatı fasiləsiz olaraq davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası