Qırğızıstanda keçirilən erkən parlament seçkilərində bülletenlərin 100%-i işlənildikdən sonra seçici fəallığı 36,9% təşkil edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının veb saytında məlumat verilib.
MSK-nın məlumatına görə, bülletenlərin 100%-i işlənildikdən sonra 1.584.446 nəfər səs verib.
Hazırkı seçkilər üçün seçici fəallığı həddi yoxdur. Seçicilərin sayından asılı olmayaraq, onlar etibarlı hesab olunacaq.