Qara dənizdə Türkiyə sahillərində Qambiya bayrağı altında üzən "Virat" tankeri yanır.
Ucnoqta.az xəbər verir ki, Türkiyə Nəqliyyat Nazirliyinin məlumatına görə, hadisə yerinə xilasetmə qrupları və ticarət gəmisi göndərilib. Gəmidəki 20 heyət üzvünün hamısının vəziyyəti qənaətbəxşdir.
"Virat"la bağlı hadisə barədə məlumatlar nazirliyin Misirdən Novorossiyskə gedən "Kairos" tankerində yanğın baş verdiyini bildirməsindən sonra ortaya çıxıb.
Türkiyə mediasının məlumatına görə, tanker yanğının başladığı mühərrik otağının yaxınlığındakı dəniz minasının partlaması nəticəsində zədələnmiş ola bilər.
Hər iki hadisə Türkiyə sahilləri yaxınlığında, təxminən 270 km aralıda baş verib.