Elm və təhsil naziri Emin Əmrullayev Naxçıvanda vətəndaşları qəbul edib.
Ucnoqta.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev noyabrın 28-də Naxçıvan şəhərində vətəndaş qəbulu keçirib.
Qəbulda Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur sakinləri iştirak ediblər.
Qəbul zamanı vətəndaşlar xarici kvalifikasiyaların tanınması, iş yerinin dəyişdirilməsi, müəllimlərin işə qəbulu və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Elm və təhsil vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.