Şuşa şəhərinin ərazisi istisna olmaqla, müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsini, onların quraşdırılmasını, idarə olunmasını və saxlanılmasını təmin etmək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə həvalə edilib.
Ucnoqta.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 280-VIIQD nömrəli Qanununun tətbiqi barədə Fərmanında əksini tapıb.