Ucnoqta.az
www.ucnoqta.az

350 minə yaxın şagird bilik yarışına qatılıb - 30 nəfər mükafatlandırılacaq

13:44 - 28 Noyabr 2025 tarixində dərc olunub.

Bu il ilk dəfə olaraq rekord sayda - 350 minə yaxın şagird bilik yarışına qatılıb.

Ucnoqta.az xəbər verir ki, bu sözləri MÜTDA-nın direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

E.Bağırov qeyd edib ki, 2017-ci ildən etibarən Azərbaycan məktəblərində rəqəmsal bacarıqlar layihəsi icra olunur:

“İlk dəfədir ki, bu miqyasda iştirakçılıq təmin olunub və bu gün artıq bu yarış nəticəsində qalib olan və yüksələn şagirdlərimiz bu məkanda öz bacarıqlarını sınayırlar”, - o bildirib.

Direktor qeyd edib ki, yekunda 30 nəfər şagird qalib olacaq və mükafatlandırılacaqlar.

Müəllif: Ucnoqta.az redaksiyası