Ucnoqta.az
www.ucnoqta.az

Lerikin bəzi kəndlərində işıq olmayacaq

09:29 - 28 Noyabr 2025 tarixində dərc olunub.

Bu gün Lerik rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Ucnoqta.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Lerik Elektrik Şəbəkəsinin (EŞ) ərazisində noyabrın 28-də 35 kV-luq "Lerik-1" və "Lerik-2" hava xəttində təmir və ağac budanması işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:30-dan 12:30-dək Diryan, Gürdəsər, Lərmərud, Livədirqə, Nücü, Şingədulan, Zenoni, Züvüç kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir və ağac budanması işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Müəllif: Ucnoqta.az redaksiyası