Ucnoqta.az
www.ucnoqta.az

Lundqren Stalloneyə xəsarət yetirdiyinə görə peşman olub

00:14 - 28 Noyabr 2025 tarixində dərc olunub.

Silvester Stallone ilə birlikdə "Rokki IV" filmində rol alan Hollivud aktyoru Dolf Lundqren, aktyor yoldaşını xəstəxanaya göndərdiyini danışdı.

Ucnoqta.az xəbər verir ki, o, bu hadisəni Fox News-a verdiyi müsahibədə bölüşdü.

68 yaşlı Lundqrenin sözlərinə görə, Stallone ilə döyüş səhnəsi Vankuverdə iki həftə ərzində çəkilib.

"Los-Ancelesə qayıdanda prodüser mənə növbəti iki həftə ərzində boş olacağımı dedi. Mən də dedim ki, "Əla, bəs nə oldu?" Məlum oldu ki, Slay xəstəxanadadır", - aktyor qeyd edib.

Lundqren həmçinin hadisəyə görə özünü günahkar hiss etdiyini vurğuladı, lakin aktyor yoldaşının da ona ciddi zərbələr endirdiyini etiraf etdi.

Müəllif: Ucnoqta.az redaksiyası