Ucnoqta.az
www.ucnoqta.az

Çində qatar qəzasında 11 nəfər həlak olub

08:26 - 27 Noyabr 2025 tarixində dərc olunub.

Çinin cənubundakı Kunmin əyalətində seysmik sınaq aparan qatarın seysmik avadanlıq sınaq cihazı ilə toqquşması nəticəsində on bir nəfər həlak olub, iki nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kunmin Dəmir Yolu Administrasiyasının açıqlamasında bildirilib.

Hadisə bu səhər "Luoyangzhen" stansiyasındakı relslərdə baş verib. 

Hadisənin təfərrüatları araşdırılır. Yaralılar xəstəxanaya aparılıb. Stansiyada xidmət bərpa edilib.

Müəllif: Ucnoqta.az redaksiyası