Ucnoqta.az
www.ucnoqta.az

"Kayrat" "Kopenhagen"ə uduzdu

00:00 - 27 Noyabr 2025 tarixində dərc olunub.

"Kayrat" Çempionlar Liqasının beşinci tur matçında "Kopenhagen"ə məğlub olub.

Ucnoqta.az xəbər verir ki, Qazaxıstanın "Kayrat" komandası Çempionlar Liqasının beşinci tur matçında Danimarkanın "Kopenhagen" komandasına 3-2 hesabı ilə məğlub olub.

"Kopenhagen" turnirin cari mövsümündə ilk qələbəsini qazanıb. Komandanın dörd xalı var. Danimarka klubu növbəti oyununu 10 dekabrda İspaniyanın "Vilyarreal" komandasına qarşı səfərdə keçirəcək.

Çempionlar Liqasında debüt edən "Kayrat" hələ turnirdə bir oyun da qazana bilməyib. Onların beş oyundan bir xalı var. Növbəti oyununda "Kayrat" dekabrın 9-da Yunanıstanın "Olimpiakos" komandasını qəbul edəcək.

Müəllif: Ucnoqta.az redaksiyası