Ucnoqta.az
www.ucnoqta.az

ABŞ-nin Ukrayna planı yekunlaşdırılıb Tramp

00:00 - 26 Noyabr 2025 tarixində dərc olunub.

ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukraynadakı münaqişənin həlli üçün ABŞ-ın orijinal planı Moskva və Kiyevin mövqeləri nəzərə alınmaqla yekunlaşdırılıb və yalnız bir neçə mübahisəli məsələ qalıb.

Ucnoqta.az xəbər verir ki, Tramp Truth Social-da yazıb:
"ABŞ tərəfindən hazırlanmış orijinal 28 bəndlik plan hər iki tərəfdən əlavə məlumatlar nəzərə alınmaqla yekunlaşdırılıb və yalnız bir neçə fikir ayrılığı sahəsi qalıb".

Müəllif: Ucnoqta.az redaksiyası