Ucnoqta.az
www.ucnoqta.az

İsrail ordusu Qəzzada beş silahlını məhv edib

22:49 - 25 Noyabr 2025 tarixində dərc olunub.

İsrail qoşunları Qəzza zolağının cənubundakı Rəfah şəhəri yaxınlığındakı tuneldən çıxan beş silahlı radikalı məhv edib.

Ucnoqta.az xəbər verir ki, İDF-nin sözçü ofisi bu barədə məlumat verib.

Qeyd edilib ki, terrorçular, ehtimal ki, şərqi Rəfahdakı yeraltı terrorçu obyektindən çıxıblar.

Müəllif: Ucnoqta.az redaksiyası