Ucnoqta.az
www.ucnoqta.az

Yasamaldakı yanğında xəsarət alanlardan 2-si evə buraxıldı

23:05 - 23 Noyabr 2025 tarixində dərc olunub.

21.11.2025-ci il tarixində Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında baş verən yanğın hadisəsi səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alan şəxslərdən daha 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən bildirilir.

Qeyd edilib ki, daha 5 nəfərin isə müalicəsi davam etdirilir. Onlardan 1 nəfərin (qadın) vəziyyəti ağır olaraq qiymətləndirilir. Pasiyent süni tənəffüs cihazı ilə təmin edilib.

Müəllif: Ucnoqta.az redaksiyası