Ucnoqta.az
www.ucnoqta.az

Ramiz Mehdiyevin səhhəti pisləşdi

15:09 - 22 Noyabr 2025 tarixində dərc olunub.

Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda ev dustaqlığında saxlanılan Ramiz Mehdiyevlə bağlı yeni məlumatlar var.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, gecə saatlarında Mehdiyevin səhhətində ciddi problem yaranıb və onun yaşadığı ünvana təcili tibbi yardım çağırılıb.

Mehdiyevin ailəsi dövlətin Təcili Tibbi Yardım Xidmətinə müraciət etməyib. Mehdiyev üçün özəl klinikalardan birindən həkim briqadası dəvət edilib.

Həkimlərin ilkin tibbi müdaxiləsindən sonra Mehdiyevin vəziyyətinin stabilləşdiyi bildirilir. Məlumata əsasən, 86 yaşlı sabiq PA rəhbəri uzun müddətdir tənəffüs yolları ilə bağlı problemlərdən əziyyət çəkir və son günlər bu problemlər kəskinləşib.

Müəllif: Ucnoqta.az redaksiyası