Ucnoqta.az
www.ucnoqta.az

Həmkəndlisini qətlə yetirən şəxsə ağır cəza

11:47 - 22 Noyabr 2025 tarixində dərc olunub.

Həmkəndlisini qətlə yetirməkdə təqsirləndirilən Şəhliyar Bayramlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Ucnoqqta.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 17 il müddətə azadlıqdan məhrum edilib.

Hadisə ötən il aprel ayında Yevlax rayonunda baş verib. Mübahisə nəticəsində təqsirləndirilən Şəhliyar Bayramlı həmkəndlisi Musa Orucovu bıçaqlayaraq qətlə yetirib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 228.4-cü maddələri ilə ittiham edilib.

Müəllif: Ucnoqta.az redaksiyası