Ucnoqta.az
www.ucnoqta.az

Rusiyaya qarşı 20-ci sanksiya paketi üzərində iş başladı

15:59 - 21 Noyabr 2025 tarixində dərc olunub.

Avropa Komissiyası Rusiyaya qarşı 20-ci sanksiya paketi üzərində işə başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının (AK) sözçüsü Anita Hipper bildirib.

"Biz Rusiyaya qarşı 20-ci sanksiya paketi üzərində işləyirik", - deyə o bildirib.

AK mətbuat xidmətinin rəhbəri Paula Pinho brifinqdə bildirib ki, Avropa Komissiyası da Ukraynadakı razılaşmadan asılı olmayaraq Rusiya aktivlərini müsadirə etmək səylərini davam etdirəcək.

Müəllif: Ucnoqta.az redaksiyası