Ucnoqta.az
www.ucnoqta.az

“Lake Hotel”dəki faciənin TƏFƏRRÜATI

14:49 - 21 Noyabr 2025 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi, noyabrın 21-də paytaxtın Binəqədi rayonuda yerləşən “Lake Hotel”in işçilərini hotelin qarsısında iş görən zaman elektrik cərəyanı vurub.

Ucnoqta.az xəbər verir ki, Teleqraf-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə hotel işçilərinin dəmir pilləkanı hotelin həyətinə aparan zamanı baş verib.

Belə ki, həmin vaxt dəmir pilləkən ordan keçən yüksək gərginlikli xəttə ilişib. Nəticədə elektrik cərayanı dörd nəfəri vuraraq öldürüb

Məlumata görə, işçilər əlcəkdən istifadə etməyiblər.

Qeyd edək ki, hadisə zamanı 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalov həlak olub.

Ətraflı

Ads by 

0

Reklamınızı SmartBee ilə effektiv edin.

Faktla bağlı cinayət işi açılıb.

Müəllif: Ucnoqta.az redaksiyası