Ucnoqta.az
www.ucnoqta.az

Turizm şirkətindən 20 min manat oğurlanıb

17:10 - 21 Noyabr 2025 tarixində dərc olunub.

Turizm şirkətindən 20 min manat oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, naməlum şəxs axşam saatlarında rayon ərazisində yerləşən turizm şirkətlərinin birindən 20 min manat oğurlayıb. Bu barədə zərərçəkən tərəf polisə məlumat verib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən Ş.Hüseynov müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun daha bir vətəndaşa məxsus mağazadan 620 manat oğurladığı da məlum olub.

Digər tədbirlər zamanı isə rayon ərazisində yerləşən özəl klinikaların birindən 540 manat oğurlamaqda şübhəli bilinən Ş.Həsənov da tutulub.

Araşdırmalar davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası