Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda 600 abonentin qaz təchizatı dayandırılacaq

21:43 - 20 Noyabr 2025 tarixində dərc olunub.

Sabah Sumqayıt şəhərində 600 abonentin qaz təchizatında fasilə yaranacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən verilən məlumata görə, balans qovşaqlarının mövcud şəbəkəyə qoşulması ilə əlaqədar 21 noyabr saat 10:00-dan etibarən 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

İşlər bitdikdən sonra qazın verilişi bərpa olunacaq.

Müəllif: Ucnoqta.az redaksiyası