Ucnoqta.az
www.ucnoqta.az

Sabah pensiya ödənişləri yekunlaşacaq

12:22 - 20 Noyabr 2025 tarixində dərc olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 21-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Bu barədə Ucnoqta.az-a Nazirlikdən məlumat verilib.

Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Müəllif: Ucnoqta.az redaksiyası