Ucnoqta.az
www.ucnoqta.az

Qazaxıstanda ikimərtəbəli ev yanıb - 12 nəfər həlak olub

08:42 - 18 Noyabr 2025 tarixində dərc olunub.

Qazaxıstanın Türküstan bölgəsində iki mərtəbəli fərdi evdə baş verən yanğında doqquz uşaq da daxil olmaqla on iki nəfər həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə regional Fövqəladə Hallar Departamenti (FHD) məlumat verib.

Yanğınla bağlı istintaq başlayıb və yanğının səbəbi müəyyən edilir.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yanğında ölənlərlə bağlı başsağlığı verib. 

Müəllif: Ucnoqta.az redaksiyası