Ucnoqta.az
www.ucnoqta.az

Hərbiçilərə avtomobillərdə rəsmi məsələlərin müzakirəsi qadağan edildi

08:27 - 18 Noyabr 2025 tarixində dərc olunub.

Britaniya Müdafiə Nazirliyi Çinin gizli məlumatları dinləmə cihazları vasitəsilə əldə edə biləcəyindən narahat olduqları üçün hərbi qulluqçulara nəqliyyat vasitələrində peşəkar məsələləri müzakirə etməyi qadağan edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, qoşun və hərbi texnikanın daşınması üçün istifadə edilən rəsmi nəqliyyat vasitələrinin idarəetmə panellərinə mümkün dinləmə barədə xəbərdarlıq edən stikerlər yerləşdirilib.

"Nəqliyyat vasitəsində RƏSMİ məlumat haqqında müzakirə etməkdən çəkinin" -xəbərdarlıqlarda deyilirdi:

Müəllif: Ucnoqta.az redaksiyası