Ucnoqta.az
www.ucnoqta.az

Əməkdar artist Yadigar Muradov vəfat edib

07:42 - 18 Noyabr 2025 tarixində dərc olunub.

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Əməkdar artist Yadigar Muradov vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə teatrın sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, o, müalicə aldığı xəstəxanada həyata gözlərini yumub.

Xatırladaq ki, Yadigar Muradov oktyabrın 4-də xəstəxanaya yerləşdirilmişdi.

Müəllif: Ucnoqta.az redaksiyası