Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 15 yaşlı yeniyetmə öldürüldü - Şübhəlinin 14 yaşı var

23:08 - 17 Noyabr 2025 tarixində dərc olunub.

Noyabrın 17-də saat 22 radələrində Yasamal rayonu ərazisində 2010-cu il təvəllüdlü H. Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ə. Novruzlu saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası